Xarkov atəş altında, sakinlər sığınacaqlarını tərk etməməyə çağırılıb

      Xarkov atəş altında,    sakinlər sığınacaqlarını tərk etməməyə çağırılıb
  01 May 2022    Oxunub:1301
Ötən sutka ərzində Rusiya hərbçiləri Xarkovu artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən üç dəfə atəşə tutub.
Bu barədə Xarkov vilayəti şəhər administrasiyasının rəhbəri Oleq Sinequbov Telegramda bildirib.

"Saltovka, Pyatixatki, hava limanı ərazisi zərər çəkib", - Sinequbov bildirib. O, əlavə edib ki, Xarkov vilayətinin xilasediciləri mərmilər nəticəsində baş vermiş 15 yanğını söndürüblər.

Ukrayna mediası yazır ki, bazar günü Xarkovdakı Saltovka yaşayış massivi Rusiya hərbçiləri tərəfindən kütləvi atəşə tutulub. Buna görə də şəhər sakinlərindən gün ərzində sığınacaqlarını tərk etməmələri xahiş olunub. Hazırda atəşi intesivliyi azaldılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti