Polşa Ukraynaya 232 tank, haubitsa və PUA-lar verib

   Polşa Ukraynaya 232 tank, haubitsa və PUA-lar verib
  02 May 2022    Oxunub:1181
Polşa Ukraynaya 232 ədəd “T-72M1” tankı, daşına bilən hava hücumundan müdafiə sistemləri, reaktiv yaylım atəş sistemləri və özüyeriyən haubitsalar verib.
AzVision.az xəbər verir ki, bu barədə Vişeqrad Qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) “visegrad24” informasiya resursu məlumat verib. Bu məlumatı dolayısı ilə Polşa Baş naziri aparatının rəhbəri Mişal Dvorçik öz tviter hesabında informasiya resursunun məlumatını paylaşaraq təsdiqləyib.

AzVision.az


Teqlər: Polşa  



Xəbər lenti