Gürcüstan Prezidenti dünya müsəlmanlarını təbrik edib

   Gürcüstan Prezidenti dünya müsəlmanlarını təbrik edib
  02 May 2022    Oxunub:1006
Gürcüstan prezidenti Salome Zurabişvili bütün dünya müsəlmanlarını Ramazan ayının başa çatması və Ramazan Bayramının başlanması münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, prezident bayramın müsəlmanlar üçün sülh və firavanlığın təminatına çevrilməsini arzu edib.

“Bütün dünya müsəlmanlarını, xüsusən də Gürcüstanın ayrılmaz hissəsi olan müsəlmanları Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm!

Qoy bu böyük İslam, mənəvi təmizlənmə, qarşılıqlı sevgi, dəstək və bağışlanma bayramı sizin və ailələriniz üçün sülh və firavanlığın rəhni olsun!” - Zurabişvili sosial şəbəkədəki səhifəsində yazıb.

AzVision.az




Teqlər:



Xəbər lenti