İsveç və Finlandiya NATO-da: ABŞ da dəstəkləyir

      İsveç və Finlandiya NATO-da:    ABŞ da dəstəkləyir
  02 May 2022    Oxunub:1023
ABŞ hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətini tam dəstəkləyəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib. Onun sözlərinə görə, iki ölkənin qoşulması ittifaqı gücləndirəcək və həmçinin Rusiyanın hərbi planlamasını çətinləşdirəcək.

"Biz Finlandiya və İsveçin suveren seçimini tam dəstəkləyirik. Əgər onların hökumətləri və əhalisi NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəlsələr, biz bunu tam dəstəkləyirik və alyansa daxil olmaq üçün onlarla birlikdə işləyəcəyik", - Uollander konfransda deyib.

AzVision.az



Teqlər:



Xəbər lenti