Akar Şoyquya zəng etdi: Gündəm yenə Ukrayna

   Akar Şoyquya zəng etdi:    Gündəm yenə Ukrayna
  02 May 2022    Oxunub:757
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya  



Xəbər lenti