Kansler sanksiyaların ləğvi üçün Rusiyaya şərt qoydu

   Kansler sanksiyaların ləğvi üçün    Rusiyaya şərt qoydu
  02 May 2022    Oxunub:2924
“Ukraynada hərbi əməliyyat başlayandan sonra tətbiq edilən anti-Rusiya sanksiyaları Kiyev və Moskva arasında razılaşma olmadan ləğv edilə bilməz”. AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts bildirib.
O, həmçinin qeyd edib ki, Almaniya Ukraynanı, o cümlədən müdafiə sahəsində dəstəkləməyə davam edəcək, lakin tələsik hərəkət etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir:

“Biz onu dəstəkləməyə davam edəcəyik. Ancaq kimsə yüksək səslə bunu tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur. Verdiyimiz hər bir qərarın nəticələrini düşünürük”.


AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti