Gürcüstan XİN Ukraynadan izahat tələb etdi

   Gürcüstan XİN Ukraynadan izahat tələb etdi
  02 May 2022    Oxunub:1145
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatının Rusiya mallarının təkrar ixracı ilə bağlı açıqlamaları ilə əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın müvəqqəti işlər vəkilindən Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti tərəfindən yayılan məlumatlarla bağlı vaxtında müvafiq faktiki izahatlar və sübutlar təqdim etmək xahiş edilib. Xüsusilə nəzərə alsaq ki, Ukrayna tərəfi də ölkənin Müdafiə Nazirliyinin kəşfiyyatı ilə bağlı oxşar iddialara dair sübut təqdim etməyib”- deyə, XİN-in məlumatında deyilir.

Ukraynalı diplomat bildirib ki, indi gürcü tərəfi üçün məlumatı yoxdur, ona görə də Kiyevə müvafiq sorğu göndərəcək. Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancalia ölkəsinin bu cür ittihamlarla bağlı narazılığını bir daha vurğulayıb və qeyd edib ki, yoxlanılmamış məlumatların yayılması iki ölkə arasında tərəfdaşlığa xələl gətirir.


AzVision.az



Teqlər: Ukrayna   Gürcüstan  



Xəbər lenti