Rusiyanın yeni müharibə itkiləri - 194 təyyarə, 155 helikopter, 271 PUA

   Rusiyanın yeni müharibə itkiləri -    194 təyyarə, 155 helikopter, 271 PUA
  03 May 2022    Oxunub:852
Ukrayna Rusiyanın döyüşlərdə verdiyi yeni itkiləri açıqlayıb. AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, Rusiya ordusu ümumilikdə 23 min 800 əsgər itirib. Son 24 saatda isə 300 hərbçi öldürülüb.
"Bundan başqa 194 təyyarə, 155 helikopter, 1048 tank, 2519 zirehli texnika, 459 artilleriya, 152 reaktiv yaylım atəş sistemi və 80 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiyanın müharibə başlayan ilk gündən mayın 2-nə qədər olan ümumi itkiləri isə 1824 texnika, 8 gəmi və yüngül sürət qayığı, 76 yanacaq daşıyan maşın və 271 pilotsuz uçuş aparatı təşkil edir".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti