Ukraynanı bombalayan Su-24M -in nadir görüntüləri - VİDEO

   Ukraynanı bombalayan Su-24M -in nadir görüntüləri  -    VİDEO
  03 May 2022    Oxunub:3834
Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Su-24M bombardmançı təyyarəsinin Ukrayna mövqelərinə son dərəcə aşağı hündürlükdə necə zərbələr endirdiyini əks etdirən video yayıb. Real döyüş şəraitində Su-24M-lərlə bağlı belə kadrlar əvvəllər nümayiş olunmayıb.
Videoda qırıcının "ağac səviyyəsində", yəni yerdən ağac hündürlüyündə yüksək sürətlə uçması əks olunub. Daha sonra pilot paraşütlə bombaları yerə atır və raketdən müdafiə üçün xüsusi istilik fişəngləri buraxaraq tez bir zamanda ərazidən uzaqlaşır. Bir müddət sonra isə ərazidə güclü partlayışlar müşahidə edilir.

Nazirliyin məlumatına görə, zərbə Ukrayna qoşunlarının kamuflyaj edilmiş möhkəmləndirilmiş mövqelərinə endirilib. Həmin Ukrayna obyektlərini sıradan çıxarmaq üçün yüksək partlayıcı gücə malik(fuqas-red.) aviasiya bombalarından istifadə edilib ki, bu da ən yaxşı effektivliyə nail olmağa imkan verir.

Qeyd edək ki, Su-24M-lər səsdən yüksək sürətlə düşmənin mövqelərini yararaq son dərəcə aşağı hündürlükdə hücum etmək üçün hazırlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti