Rusiya "Bayraktar"ın anqarlarını "Oniks"lə vurdu - VİDEO

   Rusiya "Bayraktar"ın anqarlarını    "Oniks"lə vurdu - VİDEO
  03 May 2022    Oxunub:4273
Rusiya Müdafiə Nazirliyi Ukraynada aparılan hərbi əməliyyatlara dair məlumat yayıb. AzVision.az xəbər verir ki, nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov Rusiya Silahlı Qüvvələrinin Odessada xarici silahların olduğu anqarları raketlərlə zərbə endirildiyini deyib.
- Odessa vilayətindəki hərbi aerodromdakı xarici silahların çatdırıldığı logistika mərkəzi yüksək dəqiqlikli, səsdən surətli "Oniks" qanadlı raketləri ilə vurulub. Burada "Bayraktar TB2" pilotsuz uçan aparatları olan anqarlar, həmçinin ABŞ və Avropa ölkələrindən alınan raket silahları və sursatlar olub və onlar məhv edilib, - general deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Raket   Bayraktar  



Xəbər lenti