2 günə 2 milyonluq PUA-lar vurulub - FOTOLAR

   2 günə 2 milyonluq PUA-lar vurulub -    FOTOLAR
  03 May 2022    Oxunub:3266
Rusiya ilə müharibə başlayandan bəri ukraynalı hərbçilər düşmənin 300-ə yaxın pilotsuz uçuş aparatını(PUA) məhv ediblər. Üstəlik, son iki gündə Rusiyaya məxsus 2 milyon dollar dəyərində PUA-lar vurulub.
Rusiya tanklarının vurulma anı - VİDEO
AzVision.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnı deyib. Baş Qərargahın sosial şəbəkələrdəki səhifələrində isə vurulmuş bahalı rus texnikasının fotoları yayımlanıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı bunu Quru Qoşunlarının elektron döyüş və hava hücumundan müdafiə bölmələrinin yaxşı əlaqələndirilmiş işi adlandırıb.

Fotolarda Şərq istiqamətində vurulmuş “Orlan” və “Taxion” pilotsuz uçuş aparatları əks olunub. Eləcə də Ukrayan Ordusunun yaydığı görüntülər arasında Şimal istiqamətində sıradan çıxarılmış ZALA PUA-sı da var.





Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Ukrayna  



Xəbər lenti