"İsrail Lavrovun bəyanatından sonra Kiyevə yardımı artırır" - Haaretz

   "İsrail Lavrovun bəyanatından sonra Kiyevə yardımı artırır" -    Haaretz
  03 May 2022    Oxunub:718
İsrail hökuməti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təhqiramiz bəyanatlarından sonra Ukraynaya humanitar və hərbi yardımı artırmaq qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, yardımın artırılması “əhəmiyyətli addım” olacaq. Əslində isə İsrail bu ölkəyə Ukrayna Silahlı Qüvvələrinə hücum əməliyyatları aparmağa kömək edə biləcək hər hansı silahı təhvil verməyi planlaşdırmır. Həmçinin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, müasir silahların və zərbə sistemlərinin verilməsi də nəzərdə tutulmur.

"Haaretz" yazır ki, Ukraynaya humanitar və hərbi yardımı artırmaq qərarı, çox güman ki, Lavrovun təhqiramiz bəyanatları fonunda İsrailin Kremllə münasibətlərinin soyumasının nəticəsidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrayıl   Ukrayna  



Xəbər lenti