Makron mayın 7-də and içəcək

Makron mayın 7-də and içəcək
  03 May 2022    Oxunub:947
Emmanuel Makronun Fransa prezidenti kimi andiçmə mərasimi mayın 7-də Yelisey sarayında olacaq.
AzVision.az xəbər verir ki, BFM TV məlumat yayıb.

Aprelin 27-də Fransa Konstitusiya Şurası Makronun yenidən ölkə prezidenti seçilməsini rəsmən təsdiqləyib, onun yeni mandatı mayın 14-də başlayacaq.

Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar. Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti