Almaniyanın bank qrupu Rusiya ilə maliyyə əməliyyatlarını bərpa edib

   Almaniyanın bank qrupu Rusiya ilə maliyyə əməliyyatlarını bərpa edib
  03 May 2022    Oxunub:1450
Alman bank sektorunun liderlərindən biri olan Almaniya bank qrupu "DZ Bank" bir neçə həftəlik fasilədən sonra Rusiya bankları ilə maliyyə əməliyyatlarını bərpa edib. AzVision.az xəbər verir ki, bu barədə "DZ Bank"ın idarə heyətinin üzvü Tomas Ulrix məlumat yayıb.
- Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra biz üç həftə ərzində Rusiya bankları ilə ödəniş əməliyyatlarını dayandırdıq. İndi, təxminən yeddi həftədən sonra, sanksiyaların tətbiq olunduğu heç bir şirkət və ya şəxs əməliyyatda iştirak etməmək şərti ilə yenidən Rusiyadan ödənişləri qəbul edirik. Hər bir ödəniş fərdi qaydada yoxlanılır, bəziləri isə şirkətin idarə heyəti tərəfindən qərar veriləcək, - Ulrix deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti