Qırğızıstanda 12 təhlükəli terrorçu saxlanılıb

Qırğızıstanda 12 təhlükəli terrorçu saxlanılıb
  03 May 2022    Oxunub:1525
Qırğızıstanın xüsusi xidmət orqanları "Hizb ut-Təhrir" ekstremist təşkilatının 12 fəal üzvünü saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "İslam Azadlıq Partiyası" (Hizb ut-Təhrir əl-İslami) adıyla tanınan bu təşkilat dünyanın bir sıra ölkələrində terrorçu qurum kimi qəbul edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti