ABŞ Ukraynaya sərhəd itləri üçün zirehli jiletlər göndərib

ABŞ Ukraynaya sərhəd itləri üçün zirehli jiletlər göndərib
  03 May 2022    Oxunub:1997
ABŞ polis kinoloqları Ukrayna sərhədçilərinə xidməti itlər üçün gülləkeçirməz jiletlər veriblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, xaricdə polis, sərhədçi və istehkamçıların xidməti itlərində mütləq gülləkeçirməz jiletləri olmalıdır.

“Ona görə də indi təhlükəli ərazilərdə xidmətə cəlb olunacaq dördayaqlı köməkçilərimiz də mümkün təhlükələrdən qorunacaq. Belə jilet iti dağıntılardan, odlu və soyuq silahdan, daş və çubuq zərbələrindən qoruya bilir. Eyni zamanda o heyvanın rahat hərəkətinə mane olmur”, – məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti