"Toçka -U" və PUA vurmuşuq" - Rusiyalı general

   "Toçka -U" və PUA vurmuşuq" -    Rusiyalı general
  03 May 2022    Oxunub:1265
Rusiya Müdafiə Nazirliyi Ukrayna Ordusuna məxsus raketin zərərsizləşdirilməsi barədə məlumat yayıb. Nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov çərşənbə axşamı məlumat verib ki, Rusiya hava hücumundan müdafiə sistemləri "Toçka-U" raketini və doqquz Smerç MLRS mərmisini vurub.
- Rusiyanın hava hücumundan müdafiə sistemləri Çerniqov vilayətinin Rudnya qəsəbəsi yaxınlığında Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub. Bundan əlavə, Novaya Dmitrovka yaxınlığında havada Ukraynaya məxsus "Toçka-U" ballistik raketi vurulub, -general deyib.

AzVision.az



Teqlər: General  



Xəbər lenti