Ermənistanın müdafiə naziri Gürcüstana gedib

Ermənistanın müdafiə naziri Gürcüstana gedib
  04 May 2022    Oxunub:797
Ermənistanın müdafiə naziri Suren Papikyan mayın 4-də Gürcüstana rəsmi səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Papikyanın Tbilisidə gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Gürcüstana işgüzar səfər edib.

AzVision.az



Teqlər:



Xəbər lenti