İranda İsveç vətəndaşı edam ediləcək

   İranda İsveç vətəndaşı edam ediləcək
  04 May 2022    Oxunub:1438
İran və İsveç vətəndaşı Əhmədrza Cəlali İsrail xarici kəşfiyyatı olan “Mossad”a casusluq etdiyi üçün İran Ali Məhkəməsinin qərarına əsasən mayın 21-dək edam ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb. Qeyd olunur ki, Cəlali “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib və bu, həmin ölkədə iki nüvə aliminin qətlinə səbəb olub.

İran tərəfi iddia edir ki, İsveç hökuməti Cəlalinin həbsindən sonra İsrailin tələbi ilə ona daimi yaşamaq icazəsi, məhkəmə qərarından sonra isə vətəndaşlıq verib. Agentliyin məlumatına görə, bu, İran məhkəmə sisteminə təzyiq gözləntiləri ilə edilib.

AzVision.az


Teqlər: İran  



Xəbər lenti