Slovakiya və Macarıstan sanksiyalara qarşı: Rusiyadan neft alacaqlar

   Slovakiya və Macarıstan sanksiyalara qarşı:    Rusiyadan neft alacaqlar
  04 May 2022    Oxunub:759
Macarıstan və Slovakiya 2023-cü ilin sonuna qədər Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketini ehtiva edən neft embarqosundan istisna olaraq, mövcud müqavilələr çərçivəsində Rusiya neftini ala biləcəklər.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa İttifaqındakı mənbəyə istinadən məlumat yayıb. Mənbə qeyd edib ki, söhbət yalnız xam neftin alınması üzrə müqavilələrdən gedir. Digər mənbə bildirib ki, adıçəkilən ölkələr üçün belə bir istisna Aİ-yə üzv dövlətlər arasında kompromis nəticəsində ola bilər.

Rusiya neftindən çox asılı olan Macarıstan enerji sektoruna qoyulan məhdudiyyətləri dəstəkləməyəcəyini dəfələrlə bəyan edib. Slovakiya həm də Rusiya yanacağından ən çox asılı olan Aİ ölkələrindən biridir.


AzVision.az


Teqlər: Rusiya   Neft  



Xəbər lenti