"Danışıqları Sarkisyan iflasa uğratdı" - Paşinyan

   "Danışıqları Sarkisyan iflasa uğratdı" -    Paşinyan
  04 May 2022    Oxunub:1574
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün müxalifətin ona Qarabağ məsələsi ilə bağlı ünvanladığı ittihamlarına cavab verib. AzVision.az xəbər verir ki, parlamentdə keçirilən hökumət saatında “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan müxalifətin hökumətin istefası tələbini oxuyub.
Tələblərə dair səbəblər arasında o, hazırkı hakimiyyətin danışıqlarda uğursuzluğa düçar olmasını göstərib.

Buna cavab olaraq baş nazir deyib ki, danışıqlar Serj Sarkisyan tərəfindən iflasa uğrayıb. Üçüncü prezident 2018-ci ildə parlament tribunasından deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil.
Onun müharibəni vaxtında dayandıra biləcəyi ilə bağlı ittihamlara gəlincə, Paşinyan hərbi əməliyyatların başladığı gün, 2020-ci il sentyabrın 27-də parlamentin tribunasından müharibənin hansı şərtlə dayandırılacağını dilə gətirdiyini xatırladıb. Bu, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktıdır.

- Qeyd etmək istəyirəm ki, Daşnaksütyun partiyasının (Rüstəmyan bu partiyanın üzvüdür - red.) koalisiyada olduğu vaxtda Ermənistan Madrid prinsipləri deyilən danışıqlara razılıq verib. Məhz o anda siz Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını tanıdınız, - Paşinyan müxalifətə müraciət edərək deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti