Rusiya və Belarusun hərbi sənaye kompleksi Qərbin gündəmində

Rusiya və Belarusun hərbi sənaye kompleksi Qərbin gündəmində
  04 May 2022    Oxunub:1009
Avropa İttifaqının yeni sanksiyalar paketi Rusiya və Belarusun hərbi-sənaye kompleksinə təsir edəcək.
AzVision.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib. Onun sözlərinə görə, bu gün Brüsseldə Rusiyaya qarşı sanksiyaların altıncı paketi müzakirə olunur ki, onun mühüm bəndi neft məhsulları və neftin idxalına qadağa qoyulması olacaq.

“Növbəti bankların, xüsusən də Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT sistemindən kənarlaşdırılması Belarus banklarına da şamil edilir. Xüsusilə güclü sanksiyalar Rusiya və Belarusun hərbi sənaye kompleksinə qarşıdır”.

AzVision.az




Teqlər: Rusiya  



Xəbər lenti