Ermənistanda polis aksiya iştirakçılarına güc tətbiq edib - VİDEO

   Ermənistanda polis aksiya iştirakçılarına güc tətbiq edib -    VİDEO
  05 May 2022    Oxunub:2103
Ermənistanda iki həftədən çoxdur etiraz aksiyaları keçirilir. AzVision.az xəbər verir ki, yerli media bu gün də mitinqlərin davam etdiyini yazıb.
Bildirilir ki, polis Vaqarşyan küçəsini bağlamağa çalışan müxalifət fəallarını saxlayaraq Ərəbkir inzibati rayonunun bölmələrinə aparıb.

"Yolun hərəkət hissəsini bağlayan aksiya iştirakçıları səki ilə Davitaşen körpüsünə doğru gediblər. Polis əməkdaşları onlara yaxınlaşaraq digər vətəndaşların hərəkətinə mane olduqlarını bəyan ediblər. Bundan sonra aktivistlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma başlayıb. Fəallar “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Polisin sərt davranışları isə çoxlarının hiddətinə səbəb olub. Hətta yoldan keçən bəzi şəxslər fəallara güc tətbiq edərək hansı səbəbdən saxlanıldığını öyrənməyə çalışsalar da, heç bir cavab ala bilməyiblər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan  



Xəbər lenti