İrəvanda həbs olunan müxalifətçilərin sayı 49-a çatıb

   İrəvanda həbs olunan müxalifətçilərin sayı    49-a çatıb
  05 May 2022    Oxunub:898
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı saxlanılanların sayı artıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, saat 12:00-a olan məlumata görə, İrəvandakı etiraz aksiyalarından bölmələrə gətirilən vətəndaşların sayı 49-a çatıb.

Xatırladaq ki, mayın 2-dən başlayaraq Ermənistan müxalifəti paytaxtda yenidən aktiv etiraz aksiyalarını bərpa ediblər. Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb edir, vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti