Nazarbayevin statusu konstitusiyadan çıxarılır
“91-ci maddədə ilk prezidentin müstəqil Qazaxıstanın qurucusu statusunun dəyişməzliyi ilə bağlı normanın saxlanması cəmiyyətdə çox ciddi mübahisəyə səbəb olub. Ona görə də Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini hazırlayan işçi qrupunun bəzi üzvləri dövlət başçısına təklif göndəriblər ki, heç bir hüquqi yük daşımadığından birinci prezidentin tarixi rolunun qeyd olunması əsas qanundan çıxarılsın. Belə ki, dəyişiklik layihəsinə əsasən, birinci prezident, onun statusu və səlahiyyətləri ilə bağlı bütün normalar Konstitusiyadan tamamilə çıxarılacaq”.
Bundan əvvəl Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası (QXA) və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləmişdi.
AzVision.az
Teqlər: Nazarbayev







Vaxtında, Aydın, Lazımlı!


