Fransa rusiyalı milyarderin villasının üzərinə həbs qoydu

   Fransa rusiyalı milyarderin villasının üzərinə həbs qoydu
  05 May 2022    Oxunub:841
Fransa hakimiyyəti Sen-Trope şəhərində rusiyalı milyarder Mixail Fridmanın ailəsinə məxsus villanın üzərinə həbs qoyub.
AzVision.az -ın məlumatına görə, bu barədə "Nice Matin" qəzeti xəbər verir. Nəşrin yazdığına görə, villanı 1990-cı illərin sonunda 2015-ci ilə qədər əsas səhmdarı Fridmanın keçmiş həyat yoldaşı Olqa Aiziman olan "Akinita" şirkəti alıb. Daha sonra səhmlərin 99%-i iş adamının qızlarına keçib.

Fridmanın ailəsi dəbdəbəli villanı gündəlik təxminən 4,5 min avroya kirayə verib. Sahəsi 580 kvadratmetr olan malikanənin on otağı və dənizə çıxışı var. Burada həmçinin sauna, türk hamamı, cakuzi və hətta şəxsi helikopter meydançası da mövcuddur.

AzVision.az


Teqlər: Milyarder  



Xəbər lenti