Bu xanımın ən böyük arzularından biri də ömrünün bu çağında yenidən tələbəlik həyatı yaşamaq olub. Beləliklə o, 90 yaşında Muğla Sıtkı Koçman Universitetinə daxil olub.
"Heç ibtidai sinif şagirdləri mənim kimi həvəsli deyildilər. 4 il sevə-sevə, bəyənərək, böyük həvəslə getdik", - deyə Zeliha xanım qeyd edir.
Qeyd edək ki, Zeliha müəllimə ikinci tələbəliyini "Təzələnmə Universiteti" adlanan sistem əsasında keçirib. Dünyanın hər yerində yaşı 60-dan yuxarı olan insanları sosial həyata daxil etməyi qarşısına məqsəd qoyan Təzələnmə Universiteti layihəsi 5 ildir ki, Türkiyədə fəaliyyət göstərir.
Layihə nəzəri və tətbiqi kurslar, laboratoriya işləri, seminarlar və məşğələlərdən ibarət 4 illik böyüklər üçün təhsil modelindən ibarətdir. Məqsəd 60 yaşdan yuxarı insanların aktiv və pozitiv yaşlanmasına yardımçı olmaqdır.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


