Ukrayna iki istiqamətdə əks-hücumlara başlayıb

Ukrayna iki istiqamətdə əks-hücumlara başlayıb
  05 May 2022    Oxunub:808
Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat yayıb.
O həmçinin deyib ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukraynadakı işğalla bağlı operativ vəziyyəti müzakirə edib.

O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə Ukraynadakı silahlı təcavüzlə bağlı operativ vəziyyəti müzakirə etdiyini bildirib.

- Ənənəvi olaraq, mən amerikalı həmkarıma əməliyyat vəziyyəti barədə məlumat verdim. Xüsusilə, düşmənin əsas səylərinin Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi Luqansk istiqamətinə yönəldilməsi, eləcə də Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsini dedim – Zalujnı qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti