Varşavada Ukrayna üçün 6,5 milyard dollar toplandı

Varşavada Ukrayna üçün 6,5 milyard dollar toplandı
  05 May 2022    Oxunub:1105
Varşavada Polşa və İsveç tərəfindən təşkil olunmuş, Ukraynaya yardıma həsr olunmuş donor konfransı 6,5 milyard dollar toplayıb.
AzVision.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib. Onun sözlərinə görə, iştirakçılar konfransda alınan bütün bəyanatlara qulaq asmadığından bu məbləğ hələ də arta bilər: "Biz əmin olacağıq ki, bu vəsait Ukraynaya mümkün qədər tez çatsın", - Polşa hökumətinin başçısı bildirib.

2014-cü ildən 2022-ci ilə qədər bütün dövr üçün Aİ Ukraynaya 17 milyard avro ayırıb. Həmçinin, üzv ölkələrdən birbaşa tədarükü nəzərə almasaq, Aİ Ukraynaya silah tədarükü üçün büdcəsindən 1,5 milyard avro ayırıb.

AzVision.az


Teqlər: Polşa   Ukrayna  



Xəbər lenti