Paşinyanın istefasını tələb edən 92 fəal saxlanıldı

   Paşinyanın istefasını tələb edən 92 fəal saxlanıldı
  05 May 2022    Oxunub:1127
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı 92 fəalı saxlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat verib.

"Saat 15:00-a olan məlumata görə polisin qanuni tələblərinə tabe olmayan 92 vətəndaş müxtəlif polis bölmələrinə aparılıb", - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti