Fransa Ukraynaya yardımı 2 milyard avroya çatdıracaq

   Fransa Ukraynaya yardımı 2 milyard avroya çatdıracaq
  05 May 2022    Oxunub:1113
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə 2022-ci ildə Ukraynaya yardımını 1,7 milyard avrodan 2 milyard avroya yüksəldəcək.
AzVision.az xəbər verir ki, onun videomüraciəti Varşavada Ukrayna donorlarının konfransında yayımlanıb.

“Ümumilikdə, 2022-ci ildə Fransa Ukraynaya kömək etmək üçün 1,7 milyard avro ayırıb. Bu gün mən Fransanın dəstəyini 2 milyard avroya çatdırmaq niyyətində olduğunu bildirmək istəyirəm”-deyə, o bildirib. O, bu qərarın əhaliyə humanitar yardımın həcminin artırılması, eləcə də infrastruktur obyektlərinin bərpası zərurəti ilə əlaqədar verildiyini açıqlayıb.

AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti