Beynəlxalq donorlar Ukraynaya 6,5 milyard dollar ayırır

   Beynəlxalq donorlar Ukraynaya 6,5 milyard dollar ayırır
  05 May 2022    Oxunub:1200
Polşanın paytaxtı Varşavada keçirilən Beynəlxalq donorlar konfransında Ukraynaya kömək məqsədilə 6,5 milyard dollar toplanıb.
AzVision.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski xarici dövlətlərin hökumətləri, beynəlxalq təşkilatlar və özəl korporasiyaların Ukrayna üçün bəyan etdiyi vəsaitlərə dair konfransın nəticələrini açıqlayarkən deyib.

O bildirib ki, Polşa özü əlavə olaraq Ukraynaya 100 milyon avro humanitar yardım verəcək.

"Biz əmin olacağıq ki, bu vəsait Ukrayna xalqına mümkün qədər tez və səmərəli şəkildə çatsın", - Polşanın baş naziri vurğulayıb.

Bundan əlavə, o, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyindən, xüsusən də qaz və neftə tam embarqonun tətbiqindən danışıb.

AzVision.az




Teqlər:



Xəbər lenti