Qərb Alina Kabayevanı “qara siyahı”ya sala bilər

   Qərb Alina Kabayevanı “qara siyahı”ya sala bilər
  06 May 2022    Oxunub:965
Avropa İttifaqı (Aİ) bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevaya qarşı sanksiya tətbiq etməyi təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə və sərəncamında olan müvafiq sənədə istinadən Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, sanksiyalar siyahısı ittifaqın üzvü olan ölkələr tərəfindən təsdiqlənənə qədər müəyyən dəyişikliklərə məruz qala bilər. Qeyd edək ki, bu gün Aİ ölkələrinin daimi nümayəndələri Rusiya əleyhinə yeni sanksiyalar paketini müzakirə edəcəklər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  



Xəbər lenti