Macarıstan Rusiya neftindən imtinaya hazır deyil

   Macarıstan Rusiya neftindən imtinaya hazır deyil
  06 May 2022    Oxunub:973
Macarıstan və bütövlükdə Avropa İttifaqı Avropa Komissiyasının (AK) Rusiyadan neft idxalına embarqo tətbiq etmək təklifini sanksiya kimi qəbul etməyə hazır deyil.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının prezidenti Ursula fon der Lyeyenə yazdığı məktubda bildirib. Onun sözlərinə görə, sanksiyalar bütün üzv dövlətlərdə zəruri ilkin şərtlər yerinə yetirildiyi bir vaxtda qəbul edilməlidir.

Macarıstan hökumətinin başçısı qeyd edib ki, AK tərəfindən təklif olunan sanksiyalar alternativ təchizat infrastrukturunun ciddi modernləşdirilməsini, eləcə də Macarıstanın neft emalı güclərinin tamamilə yenidən təşkilini tələb edir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Macarıstan   Neft  



Xəbər lenti