Kiyev su anbarından Rusiya helikopteri tapdılar - VİDEO

   Kiyev su anbarından Rusiya helikopteri tapdılar -    VİDEO
  06 May 2022    Oxunub:917
Ukraynada Rusiya ordusuna məxsus daha bir vurulmuş helikopter aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, helikopter Ukrayna paytaxtının şimalındakı Kiyev su anbarına düşübmüş. "The Sun" nəşrinin Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən yaydığı məlumata görə sərhədçilər su anbarının dərinliklərindən qaldırdıqları helikopteri hərbi qayıqla daşıyıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər: Helikopter   Kiyev  



Xəbər lenti