Ukrayna və rus artilleriyaçıları duelə çıxdı - VİDEO

   Ukrayna və rus artilleriyaçıları duelə çıxdı -    VİDEO
  06 May 2022    Oxunub:2169
Ukrayna mediası müharibəyə dair maraqlı kadrlar yayıb. Saytlar videoda əks olunan uğurlu hərbi əməliyyatın Yakov Qandzyuk adına 59-cu motoatıcı briqadanın artilleriyası tərəfindən reallaşdırıldığını yazıblar.
Kiyev su anbarından Rusiya helikopteri tapdılar - VİDEO
Bildirilir ki, ukraynalı artilleriyaçılar yaxın məsafədən rus artilleriyasına qarşı sözün həqiqi mənasında duelə çıxıblar. Nəticədə Ukrayna ordusunun hərbçiləri daha çevik davranaraq və ölümcül zərbələr endirərək qarşı tərəfin mövqelərini darmadağın ediblər. Məqalə müəllifi artileriyaçıların zərgər dəqiqliyi ilə işləmələrinə də xüsusi diqqət çəkib.

"Bu qeyri-adi duel və əsgərlərimizin qəhrəman davranışları bir daha onu göstərdi ki, xeyir həmişə şərə qalib gəlir!", - məqalədə yazılıb.

Qeyd edək ki, fevral ayından başlayan Ukrayna müharibəsi zamanı artilleriya əməliyyatlarından da aktiv istifadə edilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Artileriya  



Xəbər lenti