İrəvanda vəziyyət gərginləşib- 4 istiqamətdə aksiyalar başlayıb - CANLI

      İrəvanda vəziyyət gərginləşib-    4 istiqamətdə aksiyalar başlayıb -    CANLI
  06 May 2022    Oxunub:1924
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, müxalifətin mayın 2-dən aktiv şəkildə başlatdığı mitinqlər bu gün də davam edib.
Saytlar "Müqavimət hərəkatı"nın hazırda Fransa meydanından 4 istiqamətdə yürüş etdiyini yazır.

Daşnaksütyun nümayəndəsi, parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib ki, “Biz bütün şəhəri iflic etməliyik. Yürüşlər çox geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti