"Paşinyan" Paşinyana qarşı etiraz aksiyasına çıxdı - FOTO

   "Paşinyan"  Paşinyana qarşı etiraz aksiyasına çıxdı -   FOTO
  06 May 2022    Oxunub:2314
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı gülməli hadisə yaşanıb. AzVision.az xəbər verir ki, İrəvanda təşkil olunan mitinqlərin birində baş nazir Nikol Paşinyana oxşayan bir nəfər diqqət çəkib.
Erməni polisi yaşlı qadını döydü - VİDEO
Yerli media müxalifət fəalları arasında peyda olan həmin etirazçını simvolik mənada "baş nazir özü özünə etiraz edir" kimi təqdim edib.

"Paşinyanın oxşarı olan bu vətəndaş əlində "bayraq"(keçmiş separatçıların "bayrağı"-red.) tutaraq polislərə də etiraz edib. İctimai Radionun keçmiş direktor müavini Lika Tumanyan ilk dəfə bu detalı sezib və o fotonu paylaşaraq qeyd edib ki, "Bu nümayişçini görən polisin ürəyi partladı", -məqalədə yazılıb.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti