`Prezidentdən çox nənə olmaq istəyir`

`Prezidentdən çox nənə olmaq istəyir`
  18 Aprel 2014    Oxunub:1346
ABŞ keçmiş prezidenti Bill Klinton və xanımı keçmiş dövlət katibi Hillari Klintonun yeganə qızları Çelsi hamilə olduğunu bəyan edib.
Nyu-Yorkda Clinton Foundation təşkilatında keçirilən mərasimdə Bill və Hillari Klintonların 34 yaşlı qızları Çelsi bildirib ki, bankir həyat yoldaşı Mark Mezvinski ilə birgə bu il valideyn olacaqları üçün çox sevinirlər. Xəbəri açıqlayan zaman Hillari Klinton da qızının yanında olub.

“ Mən istərdim ki, arvadım xoşbəxt olsun, amma deyəsən nənə olmayınca olmayacaq. Onu bunu çox arzulayır, hətta prezidentdən çox nənə olmaq istəyir”-deyə eks-prezident bill Klinton Davosda jurnalistlərə bildirib.

Xatırladaq ki, Hillari Klinton bir müddət əvvəl bəyan etmişdi ki, 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etmir.

Səbinə


Teqlər:





Xəbər lenti