Zelenskinin gödəkçəsi hərracda 110 min dollara satıldı

   Zelenskinin gödəkçəsi hərracda 110 min dollara satıldı
  07 May 2022    Oxunub:997
Ukrayna prezidenti Volodimir Zelenskinin gödəkçəsi Londonda 90 min funt-sterlinqə (110 min dollar) satılıb. AzVision.az xəbər verir ki, “The Daily Telegraph” qəzetinin yazdığına görə, geyim mayın 5-də Sotheby's hərrac evinin təşkil etdiyi xeyriyyə hərracında satılıb.
Hərrac başlamazdan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson auditoriya qarşısında çıxış edərək, potensial alıcıları aktiv şəkildə təklif verməyə çağırıb. Lotun ilkin dəyəri 50 000 funt sterlinq (61 000 dollar) olub.

Bundan başqa, aprelin əvvəlində Kiyevə səfəri zamanı Consona hədiyyə edilən keramika xoruzu, həmçinin Kiyevin meri Vitali Kliçkonun müşayiəti ilə Ukrayna paytaxtına qastrol səfəri hərraca çıxarılıb. Toplanan vəsait Ukraynaya humanitar yardım göstərmək üçün istifadə edilməlidir. Hərracdan əldə edilən ümumi məbləğ çağırılmır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Hərrac  



Xəbər lenti