ABŞ Ukraynaya əlavə hərbi yardım ayırdı

   ABŞ Ukraynaya əlavə hərbi yardım ayırdı
  07 May 2022    Oxunub:1081
ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə hərbi yardım ayrıldığını elan edib. AzVision.az xəbər verir ki, yeni paketin bir hissəsi olaraq, Vaşinqton Kiyevə, xüsusən də artilleriya sursatları və radarları təhvil verəcək. Ayrılan vəsaitin məbləği açıqlanmasa da, “Reuters”in məlumatına görə, bu, 150 milyon dollardır.
Eyni zamanda Bayden xatırladıb ki, ABŞ Konqresinin Ukraynaya hərbi yardım üçün ayırdığı vəsait demək olar ki, tükənib. Bununla bağlı ABŞ dövlət başçısı yenidən qanunvericiləri Vaşinqton administrasiyasının Kiyevə əlavə 33 milyard dollar yardım üçün göndərdiyi sorğunu təsdiqləməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti