BMT ilk dəfə sədr dövlətin Ukrayna ilə bağlı bəyanatını qəbul etdi
Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə dəstək ifadə edilir. Bundan əlavə, mətn Quterreşi bəyanatın qəbulundan sonra vəziyyətin inkişafı barədə Təhlükəsizlik Şurasına məlumat verməyə çağırır. Sədr dövlətin bəyanatı BMT Təhlükəsizlik Şurasının sənədidir və bu sənəd Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə razılaşdırılır. Sənəd sədr dövlətin adından hazırlanır, lakin qətnamə ilə müqayisədə icrası məcburi deyil.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: BMT







Vaxtında, Aydın, Lazımlı!


