ABŞ 220-dən çox ukraynalı hərbçiyə təlim keçib

   ABŞ 220-dən çox ukraynalı hərbçiyə təlim keçib
  07 May 2022    Oxunub:1565
Birləşmiş Ştatlar 220-dən çox Ukrayna əsgərinə M777 155 mm-lik haubitsadan döyüşlərdə istifadə etmək üçün təlim keçib.
AzVision.az xəbər verirki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. Mətbuat katibi əlavə edib ki, 15 ukraynalı hərbçi hava hücumundan müdafiə sistemlərində istifadə üçün AN/TPQ-64 3D qısa və orta mənzilli radarlardan, 60 ukraynalı hərbçi isə M113 zirehli transportyorlarında istifadə etmək üçün təlim keçib.

Kirbi əlavə edib ki, planlaşdırılan 144 000 artilleriya mərmisinin təxminən 60%-i Kiyevə çatdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti