Serbiya Avropaya görə Şərq tərəfdaşları ilə dostluğu pozmayacaq

   Serbiya Avropaya görə Şərq tərəfdaşları ilə dostluğu pozmayacaq
  07 May 2022    Oxunub:845
Serbiya Avropa İttifaqı yolundadır, lakin Şərq tərəfdaşları ilə dostluğunu pozmayacaq.
AzVision.az xəbər verirki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciətində bildirib. “Serbiya Şərqdə olan dostluğunu tapdalamayacaq və bunu etmək bizim ağlımıza da gəlmir. Hansı qüvvənin təzyiq göstərməsi məni maraqlandırmır, yalnız Serbiyanın maraqlarının gücü bizim münasibətimizi dəyişə bilər. Təzyiqlərin gücü, əvvəlki həftələrdə və aylarda gördüyünüz kimi, məni qətiyyən narahat etmir, Serbiyanın siyasətinin nə olduğunu hamı qarşısında təkrar etməyə hazıram”-deyə, o bildirib.

Serbiyanın xarici siyasəti Moskva və Pekinlə dostluq münasibətlərini saxlamaqla yanaşı, həm də Vaşinqtonla əlaqələri inkişaf etdirməklə Avropa Birliyinə daxil olmağı nəzərdə tutur. Belqrad NATO və digər hərbi-siyasi bloklara qoşulmaqdan imtina edərək hərbi neytrallığı qorumaq niyyətindədir. Bu mövqe isə Qərbdə etiraz doğurur.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Serbiya  



Xəbər lenti