Ermənistanda bahalaşma: Ən yüksək inflyasiya Qafanda qeydə alınıb

                              Ermənistanda bahalaşma:  Ən yüksək inflyasiya Qafanda qeydə alınıb
  07 May 2022    Oxunub:1276
Ermənistanda bahalaşma dalğası genişlənməkdədir. AzVision.az xəbər verir ki, bu barədə ölkənin aparıcı nəşri olan “Joğovurd” qəzeti məlumat yayıb.
Məqalədə qeyd edilir ki, aprel ayında Ermənistanın istehlak bazarında inflyasiya mart ayı ilə müqayisədə 2,3% təşkil edib. Qeyd edilir ki, ölkənin bütün şəhərlərində qiymətlər bir aya 1,9-2,5% artıb. Ən yüksək inflyasiya isə Qafanda qeydə alınıb.

Rusiyadakı böhran İrəvanın ərzaq bazarını "vurdu"
"İrəvanda istehlak qiymətləri 2,4% artıb. Ərzaq və alkoqolsuz içkilər üzrə inflyasiya apreldə mart ayı ilə müqayisədə 4% çoxalıb. Ümumilikdə isə 2022-ci ildə respublikanın bütün şəhərlərində bahalaşma müşahidə olunub. Ötən ay ölkədə mart ayına nisbətən ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 3,8-4,8 faiz qalxıb. İdjan və Qafan şəhərlərində yüksək inflyasiya qeydə alınıb. Paytaxtda ərzaq və alkoqolsuz içkilərin qiymətləri 3,8% bahalaşıb. Həmçinin ən çox istifadə olunan ərzağın-çörəyin də qiyməti qalxıb, - müəllif yazıb.

Qeyd edilir ki, Dövlət Statistika Komitəsi də çörəyin qiymətinin aprelə əvvəlki ayla müqayisədə 1,7% bahalaşdığını bəyan edib. Un 2,9, makaron məmulatları isə 7,3 ​​faiz bahalaşıb. Apreldə fıstıq, düyü, mərcimək və qarabaşaq yarmasının qiymətləri də qalxıb.

"Məsələn, düyü 2,7% bahalaşıb. Süd məhsulları bazarında da inflyasiya müşahidə olunub. Pendir 2,7, xama 4,1, qatıq 9,8% bahalaşıb", - qəzet yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İnflyasiya   Ərzaq  



Xəbər lenti