Jirinovskinin partiyası: "Almatı və Nur-Sultan rus adlarına qaytarılsın"
"Liberal Demokrat Partiyasının banisi Vladimir Jirinovskinin doğma şəhəri olan Almatı kazaklar tərəfindən yaradılıb və tarixən Vernı şəhəri adlanırdı, bu da Rusiyanın Orta Asiyada sadiq qalası demək idi. Nur-Sultan isə Akmolinsk adlandırıldı. Məhz bu adla qəsəbə hələ 19-cu əsrin ortalarında Rusiya İmperiyasının tərkibində şəhər statusu alıb”, - Partiyanın bəyanatında deyilir.
Xatırladaq ki, çərşənbə günü Qazaxıstanın Misirdəki səfiri Kayrat Lama Şərif sosial şəbəkələrdə paylaşım edərək SSRİ və Çar Rusiyası dövrünün mübahisəli adlarından qurtulmağı təklif etmişdi. O, Astananın adının qaytarılmasını və Qazaxıstan Respublikasının da adının dəyişdirilərək Qazax dövləti olmasını məqbul sayıb. Cümə günü isə prezident Kasım-Jomart Tokayev səfirə dövlət qulluqçularının etik kodeksinin bəndlərindən birinə əməl etmədiyinə görə töhmət verib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


