Berlində rusiyalı jurnalistlərə qarşı terrorun qarşısı alınıb - VİDEO
Jurnalistlərin yaşadıqları evdə şübhəli əşya aşkar edilib. İstehkamçılar baxış keçirəndən sonra evə kustar üsulla hazırlanmış partlayıcı qurğunun qoyulduğunu təsdiqləyiblər. Cümə günü səhər də həmin evə hücum edilibmiş. RİA Novosti istintaqa yaxın mənbələrdən əldə etdiyi məlumata görə hadisə yerində detonatorlu partlayıcı ilə yanaşı təhlükəli maddələr də aşkar edilib. Maddənin tərkibi ilə bağlı yekun məlumatı isə aparılan araşdırmalardan sonra veriləcək.
Həmçinin sayt yazır ki, Rusiya səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək insidentin araşdırılmasını tələb edib. Məsələni Berlin polisi də nəzarətə götürüb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya Terror Almaniya







Vaxtında, Aydın, Lazımlı!


