Makron and içdi - Fransanı daha müstəqil edəcək

      Makron and içdi    - Fransanı daha müstəqil edəcək
  07 May 2022    Oxunub:872
Yelisey sarayında növbəti 5 il müddətinə Fransanın prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasimi keçirilib. Makron ilk çıxışında Fransanı daha müstəqil bir dövlətə çevirmək üçün yorulmadan çalışacağına söz verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimə eks-prezidentlər Fransua Olland və Nikola Sarkozi də daxil olmaqla 450-yə yaxın adam dəvət olunub.

Mətbuatın qeyd etdiyinə görə, and içmə mərasimində iki keçmiş dövlət başçısının iştirakı ilk dəfədir.

"Fransız xalqı 2017-ci il mayın 14-də başlayan prezident mandatını yeniləmədi. Onlar mandatı yeni prezidentə həvalə etmiş yeni xalqdır. Daha müstəqil dövlət olmaq, yaxşı yaşamaq üçün yorulmadan çalışmaq lazım gələcək".

Qeyd edək ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Hazırkı prezident Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen dövlət başçısı postu uğrunda mübarizə aparıb. Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti