İzyumda 3 "Toçka-U" raketi vurulub

   İzyumda 3 "Toçka-U" raketi vurulub
  07 May 2022    Oxunub:1048
Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə Xarkov vilayətinin İzyum şəhəri üzərində Ukraynaya məxsus 3 “Toçka-U” raketi və 9 “Smerç” mərmisini vurub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.

Generalın sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin gecə ərzində Nikolayev vilayətinin Berezovka, Donetskin Siqnalnoe, Luqanskoe, Krasnoqorovka, Yasinovatoe və Zuqres, Xersondakı Olqino, Xarkovdakı Çerneşina yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti