Benzin bahalaşdı: Nigeriya Hava Yolları işini dayandırdı

      Benzin bahalaşdı:    Nigeriya Hava Yolları işini dayandırdı
  07 May 2022    Oxunub:658
Nigeriya Hava Yolları aviasiya yanacağının bahalaşması səbəbindən mayın 9-dan fəaliyyətini dayandıracaq
AzVision.az xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya xətləri operatorları assosiasiyasının ölkənin aviasiya naziri Hadi Sirikeyə ünvanladığı məktubda deyilir. Assosiasiyanın fikrincə, aviasiya yanacağının qiymətinin durmadan artması əməliyyatların davamlılığına və aviaşirkətlərin maliyyə dayanıqlılığına böyük təzyiq göstərir.

Qeyd edək ki, Nigeriyada “Jet A1” aviasiya yanacağının bir litrinin qiyməti ilin əvvəlindən bəri 0,46 dollardan 1,69 dollara qalxıb.

AzVision.az


Teqlər: Təyyarə  



Xəbər lenti